“Xoşqədəmlə Zaurun verilişləri bağlanmalıdır” -Millət vəkili

“Xoşqədəmlə Zaurun verilişləri bağlanmalıdır” -Millət vəkili Telejurnalist Xoşqədəm Hidayətqızının İmişlidə atanın qızını zəncirləyərək illərlə tövlədə saxlaması ilə bağlı hazırladığı sujet geniş müzakirələrə yol açıb. Mətbuat və sosial şəbəkələrdə jurnalisti buna görə dəstəkləyənlər, həmçinin tənqid edənlər də var.

Tehsil-press.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı sözügedən olayla bağlı AzVision.az-a fikirlərini bölüşüb. Deputat bildirib ki, Xoşqədəm Hidayətıqızı İmişlidəki hadisə üzərində şou yaradıb, insanların hissləri ilə oynayır: “Hansısa rayonda, kənddə anomal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil. Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır”.
A.Naxçıvanlı vurğulayıb ki, Xoşqədəm Hidayətqızı və aparıcı Zaur Baxşəliyev bu yolla özlərinə reytinq qazanırlar: “Onların verilişləri reytinq üzərinə qurulub. Belə verilişlərin kimə nə faydası var? Elə proqramlar hazırlamaq lazımdır ki, adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunsun. “O onu döydü”, “tövlədə saxladı, zəncirlədi”, “başını kəsdi” və bu kimi hadisələr bizə lazım deyil”.

Tehsil-press.az

Oxşar xəbərlər