Onlar İran və İsrailin arxasına sığındılar, Çin və Pakistandan isə... - İranlı jurnalistdən qəribə iddialar

Onlar İran və İsrailin arxasına sığındılar, Çin və Pakistandan isə... - İranlı jurnalistdən qəribə iddialar Xəbər aldıq ki, Pakistandan İrana 750 raket keçirilib. Bilmirəm nə dərəcədə doğrudur? Həmçinin Çindən davamlı olaraq yük uçuşları gəlir. Bu münaqişənin pərdə arxasında daha böyük dövlətlər var. Biz də Qəzza əhalisi kimi sadəcə qurbanıq.

Belə bir iddia ilə iranlı jurnalist Fərşid Bağerian Türkiyənin "TELE1" kanalında çıxış edib.

Onun fikrincə, müharibə böyük olsa da, kənarlara yayılmayacaq: "Bu, şəxsi fikrimdir. Çünki İranın və İsrailin arxasına sığındılar. Tramp bazar gününə qədər gözləməyi planlaşdırırdı, lakin Netanyahu vaxtından əvvəl hücuma keçdi. Dünən ABŞ və İran saziş imzalamalı idilər - təbii ki, tamhüquqlu nüvə sazişi deyil, hər iki tərəfin müəyyən güzəştləri ilə. Netanyahu faktiki olaraq Trampın planını alt-üst etdi. İsrailə bu işdə Böyük Britaniya fəal kömək edir".

Jurnalistin sözlərinə görə, indiki qarşıdurmanın arxasında daha ciddi qüvvələr dayanır: "Məhz buna görə də hərbi əməliyyatların başa çatması üçün hansısa dəqiq müddətlərdən danışmaq çətindir. Bəli, İran və İsrailin sursatları nə vaxtsa tükənəcək. Amma bu, əsas məsələ deyil – çünki döyüş meydanı mahiyyətcə İran və İsraildədir və əsl oyunçular tamamilə fərqlidir".

Qeyd edək ki, Pakistan İranla ortaq sərhədini tamamilə bağladığını elan edib. Məlumata görə, bu, müharibədən qaçan iranlı izdihamının Pakistan ərazisinə soxulmasından sonra baş verib.

Tehsil-press.az


Oxşar xəbərlər