"Ənvər Seyidov 32 nəfərə ömürlük həbs verməklə fəxr edirdi" - Şəmsi Vəfadar NƏLƏRİ DANIŞDI?

Azərbaycan Xalqı xüsusən Azərbaycan mədəniyyəti və ədəbiyyatı avqust ayında həqiqətən də ağır itkilər verdi.4 böyük şəxsiyyət – muğam sənətinin koriffeyi Arif Babayev,yazıçı və ictimai xadim Elçin,nasir vıə dramaturq Vidadi Babanlı,şair və publisist Məmməd İsmayıl vəfat etdi.Onların vəfatı milli mədəniyyətimizin dəyərləri baxımından sanki dərin bir boşluq yaratdı.

Azərbaycan muğam sənətinin siması hesab edilən Xalq artisti Arif Babayev səsi və sənəti ilə minlərlə sızıltılı ürəklərin yarasına məlhəm olmuşdur.Arif Babayev muğamın özü idi. Arif Babayev Muğam,Muğam isə Arif Babayev demək idi. O, həm də professor,pedaqoq kimi yüzlərlə gənc xanəndənin yetişməsində mühüm rol oynamışdır.Sirr deyil ki,Azərbaycan Xalq mahnılarının hər bir ifaçısı Arif Babayev olmaq,ən azından ona bənzəmək istəyirdi.

Azərbaycan ədəbiyytaının çağdaş klassiklərindən olan Azərbaycan dramaturgiyasının sütunu sayılan İlyas Əfəndiyevin yadigarı,yazıçı,publisist,dramaturq və ictimai-siyasi xadim Elçinin vəfatı ədəbiyyat sevərləri sarsıtdı.Elçinin Azərbaycan ədəbiyyatı ilə yanaşı uzun illər ictiami-siyasi həyatda da aparıcı və əsas fiqurlardan olub. O, "Vətən" Cəmiyyətinin sədri olarkən mədəniyyətimizin inkişafına əvəzsiz töhfələr verib. Azərbaycan xalqı Elçini itirməklə ən yaxşı,ən vicdanlı,ən tanınmış ziyalısını və yazıçısını itirdi.Onun əsərləri Azərbaycanın milli sərvətidir.

Görkəmli yazıçı Vidadi Babanlı Azərbaycan nəsrinin heç vaxt susmayan vicdanı idi. Onun yaradıcılığında xalqın arzuları və ümidləri yer alırdı. Vidadi müəllim əslində xalqın dərdini,istəklərini yazırdı. O,əsərləri ilə ədəbiyyat xə xalq arasında mükəmməl körpü qurmuşdu.

Son günlər həyatını itirən ədəbiyyat xadimlərindən biri də Məmməd İsmayıl oldu.Ədəbiyyatımıza poeziyanın rəngarəng çalarlarını gətirən Məmməd İsmayıl şeirləri ilə milli poeziyamızın sərhədlərini genişləndirir,sözə yeni nəfəs gətirirdi.Onun hələ Sovet dönəmində redaktoru olduğu “Gənclik” jurnalını yalnız Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə müqayisə etmək olar.

Mən əminəm ki,əgər cənnət -cəhənnəm məhfumu varsa,bu adlarını çəkdiklərim insanların hər dördü cənnətdədir.

Son günlər dünyasını dəyişənlərdən biri də adlarını sadaladıqlarım məşhurlarla paralel aparmaq mümkün olmayan Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakim Ənvər Seyidovdur. Onun da bir neçə “kitabı” nəşr olunmuşdu. Azərbaycan Yazıçlılar Birliyinin üzvi idi. Eşitdiyimə görə,müəyyən məbləğ qarşılığında o kitabları Ənvər Seyidovun əvəzindən başqaları yazıblarmış.

2015-ci ildə yaxın qohumum,uzun müddət Prokurorluq orqanlarında çalışmış Bəhrəm Zahidovla Daxili İşlər Nazirliyinin hazırda təqaüddə olan polkovniki Möhübbət Hüseynovun oğlu Anarın yas mərasimində iştirak edirdim.Hakimlər Ənvər Seyidov və Mənsur İbayev bizimlə eyni masada əyləşmişdi.Söhbət əsnasında Ənvər Seyidovun indiyədək 32 nəfəri ömürlük həbsə məhkum etməsi ilə fəxr edib,qürrələndiyinin şahidi oldum. Sözsüz ki,cəza təqsirkarın islah olunması üçündür.Amma,kimisə ömürlük həbsə məhkum etməklə qürrələnmək insanlıq əlaməti sayıla bilməz.Ənvər Seyidov öldü...

Bir nəfərə rast gəlmədim ki,onun ruhuna dua oxusun,”Allah rəhmət eləsin” desin. Sosial şəbəkələrdə isə dediklərimi təsdiq edən onlarla biabırçı video çarxa rast gəldim.Sözümün canı odur ki,yaşayanda Arif Babyev,Elçin,Vidadi Babanlı və Məmməd İsmayıl kimi yaşamaq lazımdır,Ənvər Seyidov kimi yox...

Sonda onu söyləmək istəyirəm ki, Arif Babyev,Elçin,Vidadi Babanlı və Məmməd İsmayılın vəfatı ictimai fikrin qanayan yarasını hələ bir müddət sızladacaq...Onların xatirəsi insanların qəlbində uzun müddət yaşayacaq.Allah onların hər birinə rəhmət eləsin.Ruhları şad,məkanları cənnət olsun.

Şəmsi Vəfadar


Tehsil-press.az

Oxşar xəbərlər