Hadisə gecə saat 02:00 radələrində Manavqatın Salkım Evler məhəlləsində, 3523-cü küçədə yerləşən bir mənzildə baş verib. Eyni evdə anaları ilə birlikdə yaşayan qardaş və bacı arasında hələlik naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə qısa zamanda şiddətli davaya çevrilib.
İddialara görə, Mehmet Ateş mətbəxdən götürdüyü bıçaqla bacısı, Ege Universitetinin Uşaq İnkişafı Bölümünün 1-ci kurs tələbəsi olan Nazife Ateşə bədəninin müxtəlif nahiyələrindən 14 dəfə bıçaq zərbəsi endirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Cinayətə səbəb olan motiv hələlik açıqlanmayıb.
Tehsil-press.az