Bakıda qardaş evdən qaçan bacısını öldürdü

Bakıda qardaş evdən qaçan bacısını öldürdü Bakıda qətl hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Seyidmirəli Seyidkamil oğlu bacısı 1987-ci il təvəllüdlü İzzət Seyidkamil qızı Cavadovanın evinə gələrək ona bıçaq zərbələri endirib. Elə bu vaxt ona mane olmaq istəyən bacısının əri 1984-cü il təvəllüdlü  Vüsal Seyidrəhim oğlu Cavadova da bıçaqla xəsarətlər endirib. V. Cavadov qohumları tərəfindən xəstəxanaya çatdırılıb.
Yaralı qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Polis İdarəsindən onu da bildirdilər ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, İzzət Cavadova təxminən 10 gün əvvəl evdən qaçıb. Onun bir müddət evdə olmaması qardaşının xoşuna gəlməyib və belə bir əməl törədib.
Sabunçu Rayon 14-cü polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 25 yaşlı gənc saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda ötən gün də bənzər hadisə baş verib. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Ceyhun Hüseyn oğlu Qulamov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1935-ci il təvəllüdlü Arifə Hüseyn qızı Qulamovaya baş nahiyəsindən küt alətlə vurub. 81 yaşlı qadın aldığı xəsarətdən dünyasını dəyişib. 
Bacısının öldüyünü görən 71 yaşlı kişi daha sonra hər iki biləyini kəsərək özünə xəsarət yetirib. Özünə qəsd etmək istəyən şəxs dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. C.Qulamov hazırda polis nəzarətindədir.
Qətlin mülk mübahisəsi zəminində baş verdiyi bildirilir.

tehsil-press.az

Oxşar xəbərlər