Azərbaycanlı qadını türk sevgilisi qətlə yetirib

Azərbaycanlı qadını türk sevgilisi qətlə yetirib Gənc azərbaycanlı qadın Türkiyədə oğlan sevgilisi tərəfindən qətlə yetirilib. Gənc azərbaycanlı qadın Türkiyədə oğlan sevgilisi tərəfindən qətlə yetirilib.
Qətl hadisəsi bu gecə Burdur əyalətinin Karamanlı şəhərində qeydə alınıb. Belə ki, ötən gün Karamanlıdakı barların birində əylənən Azərbaycan əsilli, 24 yaşlı Qənirə Cabbarova və sevgilisi, 24 yaşlı Halil A. gecə Gölhisar bölgəsində evə qayıtmaq üçün taksiyə miniblər. Taksidə mübahisə edən sevgililər Tefenni- Çavdır şossesinin Beyköy yol ayrıcında maşından eniblər.
Mübahisə davaya çevrilib və Halil A. Cabbarovaya 55 dəfə bıçaq zərbəsi endirib. Hadisəni izləyən taksi sürücüsü Ali T. 112 Təcili Yardım Mərkəzinə zəng edərək yardım istəyib. Bir azdan hadisə yerinə jandarm və tibb işçiləri gəliblər. Həkimlər qadına tibbi yardım göstərməyə cəhd etsələr də, qadının aldığı bıçaq zərbələrindən yerindəcə öldüyü məlum olub. Araşdırmadan sonra qadının meyiti məhkəmə-tibbi ekspertiza üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.
Taksi sürücüsünün tutub saxladığı Halil A. isə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Tehsil-press.az

Oxşar xəbərlər