Qəbələ sakini qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib

Qəbələ sakini qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib Qəbələ rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb.

35 yaşlı kənd sakini Ağababyev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.
Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.
Hadisəni törədən şəxs tutulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər