
Bu dəfə oxşar etirafla müğənni Rəqsanə İsmayılova gündəmə gəlib. Onun həyat yoldaşı Fazil Əmiraslanovun ona dəstək olması ilə bağlı söylədikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı açıqlama verən aşıq Zülfiyyə İbadova bu kimi sualların verilməsində media nümayəndələrinin də məsuliyyət daşıdığını bildirib: pizza sifarişi
“Günah o sualı həmin şəxslərə verəndədir. Gərək sənətçiyə sənətlə bağlı sual verilsin, şəxsi həyatla bağlı yox. Yazıqlar neyləsin? Sual verilir, onlar da cavablandırır. Tutaq ki, canlı yayım açırlar, nəsə soruşanda məcbur olursan cavab verəsən. Verməyəndə də olmur".
O, bildirib ki, indi zəmanə dəyişib:
"Bəzən elə hallar olur ki, insanlar özləri bu mövzularda gündəmə gəlmək istəyirlər və öncədən aparıcıya deyirlər ki, efirdə bu sualları verin. İndi zəmanə də dəyişib. Sosial şəbəkələr geniş istifadə olunur. İnsanların maraq dairəsi də buna uyğun formalaşır. Tərifləyəndə də söz qoşuruq, pisləyəndə də. O baxımdan, heç nəyə dəyər verib danışmağa dəyməz".
İfaçı bildirib ki, şəxsi həyatı reklam etmək barədə pis heç nə deyə bilməz:
"Kim nə istəyir, etsin – əsas odur ki, başqasına pislik etməsin, kiminsə haqqına girməsin. Şəxsi həyatı reklam etmək barədə pis fikir söyləyə bilmərəm. Bizim dövrümüzdə bu kimi məsələlər mediada bu qədər işıqlandırılmırdı. İndi isə hər kəs sosial şəbəkələrdə aktivdir və bu, maraqların da istiqamətini dəyişib. Heç kəsi qınamağa dəyməz. Zəmanənin tələbi bu yöndədir”.
Tehsil-press.az