"Bir insana aşiq ola bilərəm" -Tünzalə

Tanınmış müğənni Tünzalə Ağayeva "Lider maqazin"ə maraqlı açıqlama verib.
"Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil".
Tehsil-press.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Lider maqazin"ə açıqlamasında deyib. Müğənni qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib.
T.Ağayeva sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil:
"Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir".

Tehsil-press.az

Oxşar xəbərlər