
Iştirakçıların orta yaşı 63 olub və bu müddətdə 2 minə yaxın insanda ağciyər xərçəngi aşkarlanıb.
Nəticələr göstərib ki, ən çox ultra emal olunmuş qidaları qəbul edən insanlarda xəstəliyə tutulma riski, ən az istifadə edənlərlə müqayisədə 41 faiz yüksəkdir.
Ultra emal olunmuş qidalar çoxsaylı sənaye proseslərindən keçən, tərkibinə konservantlar, emulqatorlar, süni dadlandırıcılar və rəngləndiricilər əlavə olunan məhsullardır. Bu məhsullara sosiskalar, hamburgerlər, qazlı içkilər, qablaşdırılmış çörəklər, şirin qəlyanaltılar, hazır əriştələr, çipslər, səhər yeməyi taxılları və dondurmalar daxildir.
Tehsil-press.az