10 YAŞIN MÜBARƏK!

10 YAŞIN MÜBARƏK! Bu il "Təhsil-press" İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Agentlik elə ilk gündən həm tərtib və mündəricəsinə, həm dərc edilmiş materialların elmi sanbalına görə bir çox elektron informasiya portalını geridə qoyub. Bu gün alimlərimiz elmi- tədqiqat işlərində "Təhsil-press" İnformasiya Agentliyi portalından bir məxəz kimi istifadə edir, jurnalistika fakültəsinin tələbələri istehsalat təcrübəsi keçərək, saytın səhifələrində işıqlandırılan konstruktiv məsələlərə dair diplom və kurs işi yazıb müdafiyə edirlər.

Portal öz ətrafına mütəxəssis müəlliflər heyəti toplamağa nail olmuş, əməkdaşlarının sifarişi ilə hazırlanan məqalələr, saytın profili nəzərə alınmaqla, yüksək səviyyədə oxucuya təqdim olunur.

Oxucu ilə ünsiyyətin təsir gücünü artırmaqdan ötrü Portal daimi dövrün tələbinə uyğun yeni formalardan istifadə edir. Saytın səhifələrində gedən müsahibələr, tariximizin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək materialların, habelə həyatımızın digər sosial problemləri ilə bağlı publisistik məqalələr böyük rəğbətlə qarşılanır..

"Təhsil-press" informasiya Agentliyinə daha böyük uğurlar arzulayıram. 10 yaşın mübarək "Təhsil-press" İnformasiya Agentliyi!

Səyadulla Kərimli,
yazıçı-publisist


Tehsil-press.az

Oxşar xəbərlər