Petrosyan Paşinyanı devirmək üçün hərəkətə keçdi

Petrosyan Paşinyanı devirmək üçün hərəkətə keçdi “Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan parlament seçkilərindən əvvəl müxalifətin birləşməsini təmin etməyə və Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır”.

Bunu “Erməni Milli Konqresi” partiyasının sədr müavini və baş nazirliyə namizədi Levon Zurabyan deyib.

“Bu baş tutsa, yalnız sevinərik, çünki müxalifətin birləşməsi respublikanın qarşısında duran çağırışların aradan qaldırılması üçün ən vacib məsələdir. Amma anlayırıq ki, bu missiya uğursuz da ola bilər. O halda “Erməni Milli Konqresi”nin öz aydın mövqeyi və görəcəyi işlər var.

Sabiq prezidentin səyləri uğurla nəticələnsə, o zaman birlikdə mübarizə aparacağıq. Alınmasa belə, mübarizəmizdən imtina etməyəcəyik”, - o bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər