Bakıda 3-cü yerüstü metro stansiyası bu tarixdə istifadəyə veriləcək

Bakıda 3-cü yerüstü metro stansiyası bu tarixdə istifadəyə veriləcək Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

Bu barədə informasiyanı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev yayıb.

O bildirib ki, yeni metro stansiyası "Dərnəgül" deposu ərazisində olacaq:

"Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq".

Tehsil-press.az

Oxşar xəbərlər