
Gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçüb. O, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.
Sosial şəbəkədə onların evdə birgə çəkilən videosu yayılıb. İddia olunub ki, sözügedən görüntünü əri Könülün ölümündən əvvəl qeydə alıb. Sosial şəbəkə istifadəçiləri gənc qızın gözündə sevgi deyil, qorxu olduğunu çoxsaylı şərhlərlə qeyd ediblər.
Qeyd edək ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Tehsil-press.az