Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi

Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) yeni direktor təyin edilib.

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın müvafiq əmri ilə vəzifəyə Cabbarlı Nərmin Əfqan qızı təyin olunub.

Qeyd edək ki, sözügedən mərkəzin 2017-ci ildən Günel Ağayeva olub. O, bu ilin fevral ayından vəzifəsindən azad edilib. Xanım direktoru Rəsulzadə İradə Rasim qızı əvəz etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər