Bakının Nəsimi rayonunda zəncirvari qəza baş verib. Qəzada 7 maşın əzilib.
Tehsil-press.az-ın məlumatına görə, hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb. Qumla yüklü 99 XG 630 dövlət nömrə nişanlı "KamAZ" ikisi mikroavtobus olmaqla 6 maşını əzib. Əzilən maşınlardan ikisi ata və oğluna məxsus "Mercedes" markalı sərnişin mikroavtobusu, dördü isə "Mercedes" markalı minik avtomobilləridir.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər. Olay yerində araşdırma aparan polislərdən verilən məlumata görə, qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Hadisədən sonra "KamAZ"ın sürücüsü sərxoşluq müayinəsi üçün polis idarəsinə aparılıb. Qəza baş verən tuneldə böyük tıxac yaranıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, əzilən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Qeyd edək ki, qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Tehsil-press.az