İmişlidə dəhşətli qəza: 2 ölü, 12 yaralı

İmişlidə dəhşətli qəza: 2 ölü, 12 yaralı İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Tehsil-press.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan biri Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu, digəri isə “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur. Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.

tehsil-press.az

Oxşar xəbərlər