Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəranda sürücünün ağır bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər H.Əliyev 105 ünvanında qeydiyyatda olan 1993-cü il təvəllüdlü Elvin Nazim oğlu Səfərli idarə etdiyi "Chevrolet" markalı, 42- BV- 078 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını yolun kənarındakı beton maneəyə çırpıb.
Qəza nəticəsində avtomobilin sürcüsü Elvin Səfərli ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, yaralı reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti çox ağırdır. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ölkə ərazisində sonuncu qəza gecə saatlarında Gəncədə baş verib. 35 yaşlı Surac Abdullayev “VAZ 2106” markalı avtomobili yüksək sürətlə idarə edərkən şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazisində idarəetməni itirərək beton maneəyə çırpılıb.
Qəza zamanı sürücü ilə yanaşı 6 nəfər xəsarət alıb. 21 yaşlı Anjela Mirasliçenko, 18 yaşlı Ramin Abdullayev, 28 yaşlı Ruslan Mirasliçenko və onun qızı 10 yaşlı Fatimə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin 37 yaşlı Sergey Mirasliçenko və 23 yaşlı Doçenko Arsen adlı şəxslər də müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan iki xəstəxanaya yerləşdiriliblər. Tibbi yardıma baxmayaraq, sürücü Surac Abdullayev xəstəxanada ölüb.
Tehsil-press.az