
Müvafiq qərar "Resmi Gazete”də dərc olunub.
Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Tehsil-press.az