İran naxçıvanlılardan “Tramp marşrutu"nun acığını çıxır

İran naxçıvanlılardan “Tramp marşrutu İran, Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxırlırlar.

“Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar”, - deyə, sürücülərdən biri bildirib.

Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, “xoşunuza gəlmirsə, gedin “Tramp marşrutu”ndan istifadə edin” deyirlər.

Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Tramp marşrutu”nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ-nin nəzarəti altında olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər