
Görüş zamanı Tramp deyib: "Mən indi gedib Putinlə bu məsələni müzakirə edəcəyəm. Açığını desəm, sizə öz rəyimlə qayıda bilərəm".
Ukrayna prezidenti Zelenski isə deyib ki, onunla Putinlə telefon danışığının nəticələrini müzakirə etdik: “Biz rəyi müzakirə etdik”.
Tramp isə Putinlə telefon danışığının detallarını açıqlayıb.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Tramp deyib ki, Putinə zəng vurub və hələ müəyyən edilməmiş yerdə Putinlə Zelenski arasında görüş üçün hazırlıqlara başlayıb.
“Həmin görüşdən sonra iki prezident və mənimlə üçtərəfli görüş olacaq", - ABŞ prezidenti yazıb.
Tramp hesab edir ki, bu, təxminən dörd ildir davam edən genişmiqyaslı müharibəyə son qoymaq üçün çox yaxşı ilk addım olardı.
Tehsil-press.az