Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...

Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... Azərbaycanda vəzifə cinayətlərinə görə həbs edilən məmurların çoxu həbsxana həyatına uyğunlaşa bilmir. Təcrübə göstərir ki, bu kateqoriyadan olan məhkumların əksəriyyəti qısa müddət ərzində kameranı müalicə müəssisəsinə dəyişir. Bir vaxtlar mühüm qərarlar verən həmin şəxslər, nədənsə dəmir barmaqlıqlar arxasında aciz qalırlar. Kimsə zamanla bu vəziyyətlə barışır, digəri həyatın sərt üzünü qəbul edə bilmir.

Bu səbəbdən təkcə bu il ərzində bir neçə keçmiş vəzifəli şəxs cəzasını belə çəkmədən həyatını itirdi. Onlardan bəziləri ömürlərinin axırını şərti azadlıqda keçirsə də, digərləri həbsxana kamerasından sonra yalnız xəstəxana palatalarını görə bildi.

Son illərdə məhkum statusunda ölən keçmiş vəzifəliləri yada salır:

Nizaməddin Quliyev
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...


Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX tərəfindən həbs edilən icra başçılarındandır. 9 il həbs cəzası verilən Quliyev dörd divar arasında qalmaqla barışa bilmədi. O, hökmü qanuni qüvvəyə minməmiş vəfat etdi.

Yevlaxın eks-icra başçısı Qoca Səmədov da taleyin sınağından çıxa bilmədi. Keçmiş icra başçısı xəstəliyi ilə bağlı vaxtından əvvəl şərti azad edildi, lakin qısa müddət sonra vəfat etdi.

Qoca Səmədov
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...


"Azərxalça" ASC-nin mənimsəməyə görə həbs edilən sabiq rəhbəri Vidadi Muradov ev dustaqlığına buraxıldıqdan qısa müddət sonra xəstəxanada dünyasını dəyişdi.

Vidadi Muradov
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...


Keçmiş deputat Rafael Cəbrayılov isə koronavirus qurbanlarındandır. Külli miqdarda dələduzluğa görə həbs edilən Cəbrayılov məhkəmə istintaqının ortalarında həyatla vidalaşıb.

Rafael Cəbrayılov
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...


Dələduzluğa görə məhkum edilən Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev bu ilin martında, həbsdə dünyasını dəyişdi.

Rövşən Vəliyev
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...

Külli miqdarda rüşvətdə təqsirli bilinən Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayev istintaqdan gizləndiyi üçün həbs edilmişdi. 70 yaşlı direktor şərti cəza ilə azadlığa çıxdıqdan bir neçə ay sonra vəfat etdi.

Rafail Musayev
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...


"Royal Bank"ın (ləğv edilib) baş direktoru Fuad Cam isə 6 illik cəzasını başa vurandan bir neçə gün sonra öldü. Atası Əli Cam ilə birgə məhkum edilən oğul Cam ömrünün orta yaşlarında onkoloji xəstəliyə məğlub oldu.

Fuad Cam
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...

Bu siyahı bir daha göstərir ki, nə vəzifə, nə pul insanı ölüm qarşısında toxunulmaz edə bilir. Həbsxana və xəstəxana divarları arasında hər kəs taleyin sərt hökmünə məhkumdur.

Tehsil-press.az

Oxşar xəbərlər