Zelenski Putinə meydan oxudu: “Moskva terrorçusunun paytaxtına getməyəcəyəm, sən gəl!”

Zelenski Putinə meydan oxudu: “Moskva terrorçusunun paytaxtına getməyəcəyəm, sən gəl!” Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvaya gəlmək təklifini qətiyyətlə rədd edib.

Zelenski bildirib ki, ölkəsi hər gün raket hücumlarına, işğal və dağıntılara məruz qaldığı halda onun Moskvaya səfəri mümkün deyil:

“Mən Moskvaya gedə bilmərəm, ölkəm gündəlik raket zərbələri altındaykən, terrorçunun paytaxtına ayaq basmaq olmaz. O bunu başa düşür və özü də anlayır ki, bu sadəcə görüşü yenidən təxirə salmaq üçün atılan addımdır.”

Ukrayna lideri Putinə bir daha açıq mesaj göndərib: “O, Kiyevə gələ bilər. Əgər kimsə müharibə dövründə görüşmək istəmirsə, mənim və başqalarının qəbul edə biləcəyi bir variant təklif etməlidir. Mən həmişə demişəm: Putinə etibar etmək olmaz.”

Zelenskinin sözlərinə görə, Moskvanın hər addımı sülhün uzadılması və təcavüzün davamı üçündür. Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya rəhbərliyi məsuliyyətdən qaçmaq üçün müxtəlif bəhanələr uydurur.

Tehsil-press.az

Oxşar xəbərlər