Ankara görüşünün əsas məqsədi GEF və GCF çərçivəsində yeni maliyyə imkanlarının müzakirəsi, regional və milli təşəbbüslərin uyğunlaşdırılması və tərəfdaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsidir.
Tədbirin ilk iki günü ərzində AKİA-nın sədr müavini Leyla Cabbarlı müxtəlif panellərdə çıxış edərək Azərbaycanın iqlim, rəqəmsallaşma və kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri barədə 15-dən çox ölkədən olan iştirakçılara geniş məlumat verib. AKİA-nın sədr müavini “Süni İntellekt əsaslı layihələr: EKTİS və digər AI yönümlü həllər vasitəsilə erkən xəbərdarlıq sistemləri, məhsuldarlığın proqnozlaşdırılması, resursların optimallaşdırılması”, “Su ehtiyatlarının idarə olunması: İqlim dəyişikliyi fonunda su resurslarının səmərəli istifadəsi, damcı suvarma və müasir idarəetmə texnologiyaları”, “Beynəlxalq əməkdaşlıq: FAO, GEF və GCF ilə birlikdə icra olunan layihələr və onların kənd təsərrüfatında dayanıqlığa təsiri” mövzularında təqdimatlar edib, milli və regional səviyyədə yeni layihə istiqamətləri ilə bağlı təkliflər irəli sürüb. O, çıxışında qadın və gənc fermerlərin dəstəklənməsi, torpaq deqradasiyasına qarşı tədbirlər, ekosistemlərin qorunması və rəqəmsal texnologiyaların, o cümlədən süni zəkanın tətbiqinin genişləndirilməsi məsələlərinə toxunub.
Tədbir iştirakçıları kimyəvi maddələrin və tullantıların idarə olunması, daimi üzvi çirkləndiricilərin (POPs) azaldılması, həmçinin quraqlıq və quraq torpaqlara qarşı mübarizə tədbirləri ilə bağlı fikirlərini böülüşb, bu istiqamətlərin gələcəkdə GEF, GCF və FAO tərəfindən maliyyələşdirilməsinin zəruriliyini vurğulayıblar.
Tehsil-press.az