"Şəki Siti"nin ev oyunlarını keçirəcəyi stadion bəlli oldu

"Şəki Siti" qışa qədər Bakıda məskunlaşacaq və ev oyunlarını paytaxtda keçirəcək.

Bunu bölgə təmsilçisinin baş məşqçisi Bəhmən Həsənov deyib.

Təcrübəli mütəxəssis rəqiblərini "Rekord Arena"da qəbul edəcəyini bildirib:

"MDB oyunlarına görə Şəkidə Çövkən oyunları keçiriləcək. Bu səbəbdən meydançamızın təyinatı dəyişəcək. Məncə, yarışdan sonra bir ay ərzində qazonu futbol oyunları üçün təmir etmək, yararlı vəziyyətə gətirmək olar. Hesab edirəm ki, uzağı noyabr ayından təmsil etdiyimiz şəhərə qayıda bilərik. Ona qədər isə "Rekord Arena"da oynayacağıq. İkinci turda "Araz-Saatlı" isə səfərdə qarşılaşacağıq. 3-cü turdan isə bu arenada ev oyununa çıxacağıq".

Qeyd edək ki, "Şəki Siti" 3-cü turda "Qaradağ Lökbatan"ı qonaq edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər