Şahmat üzrə komandamız Kanada yığmasını məğlub etdi

Şahmat üzrə komandamız Kanada yığmasını məğlub etdi Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən Şahmat Olimpiadasının 4-cü turunun oyunları keçirilib.
Olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Kanada şahmatçılarına 3:1 hesabla qalib gəlib. Komandamız 4 turun nəticəsinə görə 7 xalla ikinci yerdədir. “Azərbaycan-Naxçıvan” isə Çex təmsilçilərinə məğlub olub - 1:0.
Qeyd edək ki, “Azərbaycan” komandası birinci turda Monqolustan, ikinci turda ABŞ şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib, üçüncü turda Özbəkistan ilə heç-heçə edib. “Azərbaycan-Naxçıvan” komandası isə Tailand təmsilçilərinə 3,5:0,5, Türkiyə şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib, Qazaxıstan yığmasına məğlub olub - 1:3.

Tehsil-press.az

Oxşar xəbərlər