"Hələ heç nə bitməyib" - "Sabah"ın baş məşqçisi

"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sent Patriks”ə (İrlandiya) qarşı səfərdə keçirdikləri ilk oyundan (0:1) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis mətbuat konfransında belə danışıb:

"Rəqibi təbrik edirəm. Onlar qələbəyə layiq idilər. İlk 10-12 dəqiqə ərzində topa nəzarət tamamilə tərəfimizdə idi. Lakin sonra lazımsız səhvlər etdik, vaxtında, tez qərarlar verə bilmədik. İkinci hissənin əvvəlindən etibarən isə azlıqda qaldıq. Uduzmağımıza baxmayaraq, nəticə bizim üçün yaxşıdı. Biz sadəcə, ilk 90 dəqiqəni 0:1 uduzmuşuq. Hələ heç nə həll olunmauıb. Cütün qalibi Bakıda müəyyənləşəcək".

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması avqustun 15-də "Bank Respublika Arena"da reallaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər