Oktyabrın 1-dən etibarən CE, DE, C1E və D1E kateqoriyaları üzrə sürücülük vəsiqəsi imtahanlarının qaydaları dəyişir

Oktyabrın 1-dən etibarən CE, DE, C1E və D1E kateqoriyaları üzrə sürücülük vəsiqəsi imtahanlarının qaydaları dəyişir Qoşqulu nəqliyyat vasitələrinin idarəetmə hüququnun əldə olunması üçün imtahanlarda dəyişikliklər edilir.

Bu barədə Xidmət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, 2025-ci il oktyabrın 1-dən etibarən CE, DE kateqoriyaları və C1E, D1E altkateqoriyaları üzrə sürücülük hüququnun alınması üçün nəzərdə tutulan praktiki imtahanlar iki mərhələdən ibarət olacaq.

Gürcüstanın “Yol hərəkəti haqqında” qanununda edilmiş dəyişikliklərə əsasən, praktiki imtahanın birinci mərhələsi qapalı meydançada keçiriləcək, ikinci mərhələ isə real yol hərəkəti şəraitində, Gürcüstanın Daxili İşlər Naziri tərəfindən təsdiqlənmiş imtahan marşrutları üzrə aparılacaq.

Eyni zamanda, sürücü namizədi birinci mərhələni uğurla keçdikdən sonra ikinci mərhələdə iştirak etmək hüququnu 365 təqvim günü ərzində saxlayır. Əgər bu 365 günlük müddət bitərsə, birinci mərhələdə əldə olunan müsbət nəticə hüquqi qüvvəsini itirir.

Məlumata görə, qeyd olunan kateqoriya və altkateqoriyalar üzrə praktiki imtahan vermək istəyənlər Xidmət Agentliyinin Rustavi və Kutaisi struktur bölmələrində edə biləcəklər.

“CE” – qoşqusu 750 kq-dan artıq icazə verilən maksimal çəkiyə malik olan “C” kateqoriyalı avtomobil;

“DE” – qoşqusu 750 kq-dan artıq icazə verilən maksimal çəkiyə malik olan “D” kateqoriyalı avtomobil.

Tehsil-press.az

Oxşar xəbərlər