“Beynəlxalq ictimaiyyət İordan çayının qərb sahilində aparılan işğal siyasətini, Şərqi Qüdsdə fakt qarşısında qoyma cəhdlərini və bölgədə sabitliyi pozmağa yönəlmiş təşəbbüsləri dayandırmalıdır”.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Ərdoğan BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham etdikdən sonra səs bir anda kəsilib.
Türkiyə mediası bunun "qəsdən törədilmiş sabotaj" olduğunu iddia edir.
Tehsil-press.az
















