Gülər Əhmədova ictimai qurum yaradır

Gülər Əhmədova ictimai qurum yaradır Sabiq deputat, həbs edilən və şərti azadlığa çıxan Gülər Əhmədova ictimai qurum yaratmaq qərarına gəlib.

Tehsil-press.az xəbər verir ki, bu haqda vəkil Adəm Məmmədov məlumat yayıb. Vəkil bildirib ki, yaradılacaq müəssisə psixologiya ilə bağlı olacaq. Amma həmin qurum haqda ətraflı məlumat verilməyib:
“Bir müddətdir ki, artıq siyasi həyatdan uzaqlaşmış, ictimaiyyətin kifayət qədər tanıdığı, yazılmış bir yana, yazılmamış qanunlara belə münasibətdə xarakter nümayiş etdirmiş Gülər Əhmədova ilə tanışlıq və işçi görüşlərin nəticəsi olaraq (Pisxoloji-hüquqi yardım) bir araya gəlib ciddi bir ictimai qurum yaratmağı nəzərdə tuturuq. Düşünürəm ki, Gülər xanımın təcrübəsi və xarakteri, təhsili (Pisxologiya üzrə elmlər namizədi) bu lahiyənin effektli işləməsi üçün vacib şərtdir. Edilən hərəkət və hərəkətsizliyə fərqli prizmadan müxtəlif münasibətlər ola bilər. Ən əsası odur ki, çətin zamanlarda belə insan xarakterini və mövqeyini ortaya qoya bilib, yeri gələndə susmağı bacarsın...”


Tehsil-press.az

Oxşar xəbərlər