IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib Mayın 11-də IDEA-Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə "Nizami" Kino Mərkəzində "Son hədd" (The End of the line) sənədli filminin premyerası keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Azərbaycanda böyük səhnədə ilk dəfə təqdim olunan "Son hədd" filmi Böyük Britaniyanın dəniz ətraf mühitinin mühafizəsi üzrə məşhur təşkilatı "Mavi Dəniz Fondu" ("Blue Marine Foundation") tərəfindən çəkilib və IDEA İctimai Birliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizdə nümayış etdirilib.
Təqdimatdan əvvəl çıxış edən "Mavi Dəniz Fondu"nun layihələr üzrə direktoru Rori Mur dəniz ətraf mühitinin əhəmiyyəti və bu mövzuya həsr olunan filmin ərsəyə gəlməsi barədə məlumat verib.
Rori Mur IDEA və "Mavi Dəniz Fondu" arasında əməkdaşlıq, o cümlədən dəniz ətraf mühitinin mühafizəsi və bərpası istiqamətində həyata keçirilən layihə barədə məlumat verib. O, dəniz faunasının qorunması baxımından göstərdiyi dəstəyə görə IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevaya təşəkkürünu bildirib.
Filmin təqdimatından sonra "Nizami" Kino Mərkəzində dəniz ətraf mühitinin mühafizəsi mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olub.


Tehsil-press.az

Oxşar xəbərlər