Vaqiflə Samirə boşanır - Yenilənib

Vaqiflə Samirə boşanır - Yenilənib ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.

Tehsil-press.az axşam.az-a istinadən xəbər verir ki, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar.
Xatırladaq ki, ATV-də "Xəbərlər" proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.
Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib. S.Mustafayeva məsələ ilə bağlı primetime.az-a açıqlama verib. Teleaparıcı yayılan xəbəri nə təsdiq, nə də təkzib edib:
“Mən şəxsi həyatımla bağlı heç bir şəkildə danışmaq istəmirəm. Heç vaxt bu mövzularla gündəmə gəlməyə çalışmamışam. Bu dönəmdə də xahiş edirəm ki, kimsə bu mövzuya toxunmasın. Həyatda hər şey baş verir. Kimsə sabahından sığortalanmayıb.
Biz Vaqiflə bir-birimizə ən doğma insanlarıq. Çünki canımızdan bir parça olan qızımız var. Ona görə hər kəsdən xahiş edirəm ki, kimsə bu məsələ ilə üstümə gəlib, mənə suallarlar yağdırmasın. Bizim şəxsi həyatımız hər zaman şəxsi olaraq qalacaq və bizdən başqa kimsəyə aidiyyatı olmamalıdır. Rica edirəm, hörmətlə yanaşasınız”.


Vaqiflə Samirə boşanır - YenilənibVaqiflə Samirə boşanır - YenilənibVaqiflə Samirə boşanır - YenilənibVaqiflə Samirə boşanır - YenilənibVaqiflə Samirə boşanır - YenilənibVaqiflə Samirə boşanır - Yenilənib

Tehsil-press.az

Oxşar xəbərlər