Şahzadə ailəsində 3 əsrdən sonra Aleksandr doğuldu

Şahzadə ailəsində 3 əsrdən sonra Aleksandr doğuldu İsveç şahzadəsi Karl Filipplə xanımı Sofiyanın aprelin 19-da övladı dünyaya gəlib.

Tehsiln Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, cütlüyün oğlu doğulub. Onlar körpəyə Aleksandr Erik Bertil Ubertus adını veriblər. İsveç kral ailəsində 1800-cü ildən bəri ilk dəfədir ki, bir körpəyə Aleksandr adı qoyulur. Körpə həmçinin, Södermanland hersoqu titulunu da qazanıb. İlk dəfə valideyn olan cütlük uşağın şəklini sosial şəbəkədə paylaşıb. Xatırladaq ki, Karl Filipplə Sofiya Hellkvist ötən ilin iyununda ailə qurublar.
tehsil-press.az

Oxşar xəbərlər