
Bu barədə faciəni araşdıran dövlət komissiyasına rəhbərlik edən Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev parlamentdə jurnalistlərə bildirib.
"İstintaq üçün standart müddət təxminən bir ildir, bəlkə də bir az daha uzundur. İş davam edir", - Bozumbayev deyib.
Avqustun əvvəlində Bozumbayev bildirib ki, Qazaxıstan bir neçə ay ərzində “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı təqdim edəcək. Eyni zamanda, baş nazirin müavini məlumat verib ki, təyyarənin modul avionik bölməsi ekspertiza üçün ABŞ-a göndərilib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Tehsil-press.az