Bacısı ilə əl-ələ gəzən dostunu bıçaqladı - Video

Bacısı ilə əl-ələ gəzən dostunu bıçaqladı - Video Bakının Bülbülə qəsəbəsində iki dostun davası bıçaqlanma ilə nəticələnib. Hadisənin qısqanclıq zəmnində baş verdiyi deyilir.

Tehsil-press.az ANS TV-yə istinadən xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərovun onunla eyni məhlədə yaşayan İsmət İslam oğlu Qəmbərovu bıçaqlayıb.
Polis əməkdaşları xəstəxanaya gəldikdə hadisəni törətməkdə şübhəli bilinən Emin Cəfərov da xəstəxanada olub. Sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya Emin özü çatdırıb.
31-ci Polis bölməsinə gətirilən Emin Cəfərov İsməti qısqanclıq zəminində vurduğunu bildirib. Eminin sözlərinə görə, altı aydır ki, məhəllərində İsmətin onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzir. Söz-söhbətlərə son qoymaq istəyən Emin İsmətlə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib.
Emin Cəfərov ilə İsmət Qəmbərovun söhbəti mübahisəyə, mübahisə isə əlbəyaxa döyüşə keçib. Sinə nahiyəsindən yaralanan İsmətin al-qana boyandığını görəndə Emin ona kömək etmək qərarına gəlib, onu xəstəxanaya aparıb.
Emin Səfərov İsmət Qəmbərovu bıçaqlamasından peşman olmadığını qeyd edib. Yaralının vəziyyəti barədə isə hələlik məlumat yoxdur. Faktla əlaqədar Suraxanı Rayon Polis idarəsində araşdırma gedir.




Tehsil-press.az

Oxşar xəbərlər