Bakıda qardaş bacısını qətlə yetirib.
Baş prokurorluğun mətbuat katibi Eldar Sultanov “Qafqazinfo”ya bildirib ki, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
1945-ci il təvəllüdlü Ceyhun Hüseyn oğlu Qulamov bacısının evinə gəlib və orada aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1935-ci il təvəllüdlü Arifə Hüseyn qızı Qulamovaya baş nahiyəsindən küt alətlə vurub. A,Qulamova aldığı xəsarətdən dünyasını dəyişib.
Bundan sonra C.Qulmaov özünün hər iki biləyini kəsərək intihara cəhd edib.O, dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həyatını ilas etmək mümkün olub. C.Qulamov hazırda xəstəxanada polisin nəzarəti altındadır.
Bildirilib ki, münaqişənin qısqanclıq zəminində baş verməsi ilə bağlı məlumatların əsası yoxdur. Hadisə hələlik məlum olmayan səbəbdən şəxsi münaqişə zəminində baş verib. Qətl baş verərkən onlar evdə yalnız olmayıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
tehsil-press.az