Təyyarə təcili eniş etdi - Yoxlamalar başladı

Təyyarə təcili eniş etdi - Yoxlamalar başladı Misir hava yollarına məxsus “EgyptAir” təyyarəsi Özbəkistanda təcili eniş edib.

Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Qahirə-Pekin uçuşunu həyata keçirən sərnişin təyyarəsində bomba olduğu bildirilib. Məlumatdan dərhal sonra təyyarə Özbəkistanda təcili eniş etməli olub. Hazırda təyyarədə yoxlama aparılır. Xatırladaq ki, mayın 19-da Paris-Qahirə reysini həyata keçirən,“EgyptAir” təyyarəsi göyərtəsindəki 69 nəfərlə birgə havaya qalxdıqdan bir müddət sonra radarlardan itmişdi.


Tehsil-press.az

Oxşar xəbərlər