"Egypt Air"in qəzaya uğramış təyyarəsinin qalıqları aşkar edilib

Misirin Hərbi Qüvvələri Aralıq dənizinin şimalında yerləşən İsgəndəriyyə şəhərinin 290 km-də qəzaya uğramış və "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin qalıqlarını aşkar ediblər.

Bu barədə Tehsil-press.az RİA "Novosti"yə istinadən xəbər verir. Hərbçilər həmçinin sərnişinlərin əşyalarını da aşkar ediblər. Misirin "QH-TV" telekanalının məlumatına əsasən, axtarışlar davam etdirilir.
Xatırladaq ki, "Egypt Air" şirkətinə məxsus təyyarə dünən Paris-Qahirə istiqamətində uçarkən qəzaya uğrayıb. Təyyarə Qahirə beynəlxalq hava limanına yerli vaxtla 03.05-də enməli idi, amma Misir sahilinə 280 km qalmış Aralıq dənizindən uçan zaman radarlardan yox olub. Təyyarənin göyərtəsində 12 ölkəni təmsil edən 56 sərnişin və 10 heyət üzvü olub.


Tehsil-press.az

Oxşar xəbərlər