Bunu açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, mütləq şəkildə ətin üzərində hansı ölkədən idxal olunduğu bildirilməlidir, keyfiyyət sertifikatına dair üzərində məlumat olmalıdır, kəsim tarixi, istehsal tarixi göstərilməlidir. Əgər bu məlumatlar varsa, onda bu ətlərdən istifadə etmək olar:
“Somalidən Azərbaycana gətirilən ət bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, bu ət satış üçün idxal olunmur. Bu ət Səudiyyə Ərəbistanı Krallığının sifarişi əsasında, humanitar yardım kimi paylanılması üçün gətirilib.
Yaxşı olar ki, zərərsiz olması üçün ətin yaxşı bişirilməsinə diqqət edilsin. Bişirilərkən ətin daxili temperaturu 75 dərəcəni keçməlidir. Görünüşündə hər hansı ləkələr varsa, ətə xas olmayan rəngdədirsə, səthi yapışqandırsa, xoşagəlməz qoxu və maye varsa, bu, xarab olmuş ət hesab olunur.
Bir çox hallarda idxal olunan ətlər yerli məhsullara nisbətən qat-qat ucuz satılır ki, bu da keyfiyyətlə bağlı şübhə doğurur. Ona görə ət alarkən keyfiyyətli, mənşəyi bəlli olan, dövlət nəzarətindən keçmiş yerdən almaq lazımdır”.
Tehsil-press.az










