
Qida eksperti Məhsəti Hüseynova deyir ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır. Dünyada istehsal olunan palma yağının təxminən 72 faizi qida sənayesində istifadə olunur.
Qida eksperti qeyd edib ki, palma yağı ucuz əldə olunduğuna görə ona tələbat böyükdür. Amma bu yağın orqanizmə zərəri çoxdur.
Məhsəti Hüseynova qeyd edib ki, məhsul alanlar çox vaxt onun tərkibində palma yağının olub-olmaması ilə maraqlanırlar. Çünki istehlakçılar arasında onun ziyanlı olması barədə fikirlər var. Bəzən qidanın tərkibində palma yağı olduğunu gizlətmək üçün bitki yağı, palma turşusu və ya bu kimi digər adlar yazılır. Bundan başqa, element 11 və 15 nömrəli kodlarla da qeyd olunur.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən mövqe bildirilib.
Daha ətraflı videomaterialı təqdim edirik:
Tehsil-press.az