Putin uşaq evliliyini DƏSTƏKLƏYİB: "Qafqazdakı kimi"

Putin uşaq evliliyini DƏSTƏKLƏYİB: Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, ruslar Qafqaz nümunəsini izləməli və uşaqlarını “kifayət qədər erkən yaşda” evləndirməlidirlər.

Bu açıqlama 19 dekabrda Prezidentlə keçirilən canlı sual-cavab sessiyası zamanı verilib.

Sessiyada tələbə jurnalist bildirib ki, 23 yaşındadır və səkkiz ildir görüşdüyü qızla evlənmək istəyir.

Putin cavabında deyib: “Deməli, 15 yaşından bəri birlikdəsiniz? Əla, bu, əladır. Qafqazda çox yaxşı bir ənənə var – uşaqları kifayət qədər erkən yaşda evləndirirlər. Bu, həqiqətən doğru bir şeydir; biz də onların nümunəsini izləməliyik. Ramzan Kadırovun böyük bir ailəsi, çoxlu uşaqları var. Onlar kifayət qədər erkən yaşda evlənirlər. O mənə dedi ki, ‘Bizim bütün Qafqazda bu ənənəmiz var. Bu, əladır."

Tehsil-press.az

Oxşar xəbərlər