“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək” - Putin

“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək” - Putin “NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“NATO-nun genişlənməsi məsələsinə gəlincə, çox gözəl bir ifadə dediniz: "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq". "Deyirlər" nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “onların nə dediyini” başa düşməliyik. 30 ildir bizə deyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq və bu gün biz NATO infrastrukturunu öz evimizdə görürük”, - deyə Putin qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər