Ömür ağacımız çox da uzun olmayan bir yol olaraq su kimi hey axıb gedir. Maraqlı bir kino filmə, maraqlı bir romana bənzəyərək bəzən gözlənilmədən sona çatır. Təkcə qalan xatirələr olur. Bir anın, bir günün xatirəsinə dönərək illərə bərabər əhəmiyyət daşıyır.11 aprel 2026-cı ildəki kimi...
Şəhid Kazım Əsgər oğlu Məmmədov adına Güllücə kənd orta məktəbinin 100 illik Yubiley günü hələ çox-çox xatırlanacaq.
Çox məşhur müdrik kitab olan "Qabusnamə"də müəllif Keykavus oğluna nəsihətlə deyir "Ey oğul, unutma ki, hər bir insan ömür boyu 3 varlığa borcludur".. Allahına, Valideynlərinə və Müəllimlərinə. Çalış hər zaman bunları unutmayasan. Elə yaşayasan ki, sağlığında el hörməti, yoxluğunda el rəhməti qazana biləsən.
Yubileyə məktəbi müxtəlif illərdə bitirən Fəxri Məzunlar üçün ayrıca Stol ayrılmışdı. UNEC rektoru İqtisad elmləri doktoru Ədalət Muradov: İqtisad elmləri namizədləri Nüşrəvan Əliyev və Mirağa Əhmədov: Avropa İnsan Hüquqları Məhkəməsinin Hakimi Lətif Hüseynov: Professor Əyyub Əhyubov: Fəlsəfə elmləri namizədi Xanım Məmmədova: Qızıl Qələm və Həsənbəy Zərdabi Mükafatı laureatı, 7 kitab müəllifi, şair publisist, Mədət Əyyuboğlu: Filalogiya elmləri doktoru Elçin Mehrəliyev: Professor Şirxan Səlimov: UNEC Zaqatala filialının dosenti Həqiqət Qədimova: Əməkdar İncəsənət və Mədəniyyət Xadimi Müşfiq Hətəmov: Əməkdar artist Elnur Zeynalov da dəvət olunmuşlar. Yubileyin aparıcısı Məktəbin sabiq direktoru Vaqif Məmmədov, Şairə Azadə Vəkilqızı və Muğam ifaçısı Mehman Qasımovun çıxışları alqışlarla qarşılandı. Məktəblə, müəllimlərlə bağlı 64 illik xatirələr çözələndi.
Yubileyin sonunda Azərbaycan Prezidenti, Qarabağın Fatehi İlham Əliyev cənablarına təşəkkür bildirildi. Arzu olundu ki, Yeni Güllücə kənd orta məktəbində Qayıdışdan sonra da böyük coşğu ilə belə tədbirlər davamlı olsun.
Vətən Şəhidlərinə rəhmət diləyən, Qazi və Veteranlara can sağlığı arzulayan Görüş iştirakçıları adından Cənab Prezidentə Təşəkkür müraciəti ünvanlandı.
Tehsil-press.az







