İnsan orqanizminin normal fəaliyyəti üçün orqanizmə daim müxtəlif maddələr - zülallar, yağlar, karbohidratlar, müxtəlif makro və mikroelementlər, vitaminlər və s. daxil olmalıdır.
Orqanizm üçün çox böyük əhəmiyyət kəsb edən vitaminlər müxtəlif proseslərdə aktiv iştirak edirlər. Orqanizmin vitaminlərə olan gündəlik tələbatı isə çox da böyük deyil. Lakin hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər.
Həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, vitaminlərin orqanizmə daxil olması pozulduqda hipovitaminoz, vitaminlərin daxil olması tam kəsildikdə isə avitaminoz inkişaf edir. Hər ikisinin insanın sağlamlığı üçün ziyanlı olduğunu deyən həkim deyib ki, orqanizm vitaminlərin əksəriyyətini sintez edə bilmir. Bu isə o deməkdir ki, vitaminlər orqanizmə daim xaricdən daxil olmalıdır.
Tehsil-press.az