Bakıda iş adamının oğlu Bentley ilə QƏZA TÖRƏTDİ

Bakıda iş adamının oğlu Bentley ilə QƏZA TÖRƏTDİ Bentley markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədilməsi və hadisə yerindən yayınma iddiası araşdırılır.

Sirkət rəhbərlərindən biri olduğu bildirilən Azər Talıb oğlu Əlixanbəyovun oğlu Furkan Azər oğlu Əlixanbəyov “rent a car” xidməti vasitəsilə icarəyə götürdüyü Bentley markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəza törədib və hadisə yerindən uzaqlaşıb.

İddialara əsasən, qəzadan sonra icarəyə götürülmüş avtomobilə dəyən zərərin, eləcə də icarə ödənişlərinin qarşılanması ilə bağlı problem yaranıb. Şikayətdə qeyd olunur ki, Furkan Əlixanbəyovun atası Azər Əlixanbəyov və onun köməkçisi olduğu bildirilən Ramin adlı şəxs ödənişlərin edilməyəcəyini bildiriblər.

Məlumata görə, məsələ ilə bağlı tərəflər Bakı şəhəri 18-ci Polis Bölməsinə dəvət olunublar. Hazırda fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Tehsil-press.az

Oxşar xəbərlər