Dünən səhər saatlarında Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.
"Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır".
Qeyd edək ki, dekabrın 15-də Bakı-Quba yolunun 98-ci kilometrliyində “Mercedes Vito” markalı mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 6 nəfər: 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev və 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü) həlak olub.
Qəzada TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu xəsarət alıb.
Tehsil-press.az