İspaniyada 1941-ci ildən bəri ən aşağı doğum səviyyəsi qeydə alınıb

İspaniyada 1941-ci ildən bəri ən aşağı doğum səviyyəsi qeydə alınıb Ötən il İspaniyada cəmi 336 min 811 uşaq doğulub ki, bu da 1941-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
2021-ci ildə İspaniyada doğum səviyyəsi 2020-ci illə müqayisədə 1,3 faiz azalıb. Bu, həm də 2011-ci ildəki müvafiq göstəricidən 28,6 faiz azdır.
Ekspertlər bu göstəricinin aşağı düşməsini anaların doğum yaşının artması ilə əlaqələndirirlər. Belə ki, hər on uşaqdan birini yaşı 40-dan yuxarı olan analar dünyaya gətiriblər. Bu da on il əvvəlki rəqəmlə müqayisədə orta hesabla beş yaş çoxdur.
Beləliklə, İspaniyada orta analıq yaşı 1985-ci ildəki 28,5-dən 2021-ci ildəki 32,6-ə qədər yüksəlib.

Tehsil-press.az


Oxşar xəbərlər