Liseyin 6 şagirdi dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub

Liseyin 6 şagirdi dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər XI sinif şagirdi dünya üzrə reytinq cədvəlində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olub.

Hüseynov Fərhad tam təqaüdlə Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutuna, Məmmədov Tunar Berkli Kaliforniya Universitetinə, Qarayev Nurəddin London Kral Kollecinə, Əliyev Murad London İmperial Kollecinə, Umarlı Məhəmməd Birmingem Universitetinə, Maliki Fərəc isə Mançestr Universitetinə qəbul olublar.

Tehsil-press.az

Oxşar xəbərlər