Türkiyənin 31 vilayətində üç günlük komendant saatı qüvvəyə minib

Türkiyənin 31 vilayətində üç günlük komendant saatı qüvvəyə minib Türkiyənin 31 vilayətində 3 may gecə yarısına qədər davam edən üçgünlük komendant saatı rejimi qüvvəyə minib.
Bu dövrdə 30 böyük şəhərin və Zonquldağ vilayətinin sakinlərinə evlərini tərk etmək qadağandır.
Qərar yeni növ koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq üçün hakimiyyət orqanları tərəfindən qəbul edilib.
Bazar, ərzaq və tərəvəz mağazaları 09: 00-dan 14: 00-a qədər açıq olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər