Yaponiya ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələr arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Haqqında Razılaşmaya düzəlişlər barədə ilk protokol qüvvəyə minib.
Yaponiya ilə ASEAN ölkələri – Laos, Myanma, Sinqapur, Tailand və Vyetnam arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Barədə Razılaşmaya düzəlişlər barədə ilk protokol avqustun 1-də qüvvəyə minib. Bildirilir ki, həmin protokol Yaponiya ilə ASEAN ölkələri arasında 2008-ci ildə qüvvəyə minmiş razılaşma ilə əlaqədar ticarət xidmətlərinə, fiziki şəxslərin və investisiyaların mübadiləsinə əlavələri nəzərdə tutur. Eyni zamanda, bu sənəd Yaponiya ilə Kamboca, Laos və Myanma arasında ilkin iqtisadi tərəfdaşlıq razılaşmasıdır.
Protokolun Yaponiya ilə ASEAN üzvü olan ölkələr arasında ticari və investisiya mübadiləsini artıracağı, iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyi də qeyd edilir.
Tehsil-press.az